Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsində növbəti cavab oyunu keçirilib.
Hafta.az xəbər verir ki, "Neftçi" "Sabah"ın qonağı olub.
"Bank Respublika Arena"da oynanılan görüşdə "Neftçi" 3:1 hesabı ilə qalib gəlib və növbəti mərhələyə yüksəlib. Bu komandalar arasındakı ilk görüşdə qalib müəyyənləşməmişdi - 1:1.
"Neftçi" yarımfinalda "Səbail" - "Zirə" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 finala sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.
Azərbaycan Kuboku, 1/4 final
Cavab oyunu - 12 fevral
“Sabah” – “Neftçi” - 1:3
Qollar: Xuan Kamara, 41 (1:0), Emin Mahmudov, 61 (1:1), Ramon Maçado, 62 (1:2), 68 (1:3)
Qırmızı vərəqə: Aleksey İsayev, 75 ("Sabah"), Səlahət Ağayev, 75 ("Sabah")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli
“Bank Respublika Arena”
İlk oyun - 1:1